ANAMA: Şuşada qalıqları aşkarlanan "İsgəndər-M" raketidir

02 Aprel 2021

"Agentlik tərəfindən Şuşada aparılan təmizləmə əməliyyatı zamanı martın 15-də iki müxtəlif yerdən raket qalıqları aşkar olundu". 

Heftelik.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Operativ Qərargah rəisi İdris İsmayılov bildirib.

BUNA DA BAX: Ermənistandan Azərbaycana atılan “İskəndər” raketlərinin qalıqları - FOTO

İdris İsmayılov deyib ki, aparılan tədqiqat zamanı raketin üzərindəki 9M723 indeks kodu yoxlanılıb: "Məlum olub ki, bu, "İsgəndər" Operativ Taktiki Raket Komleksindən atılmış raketin qalıqlarıdır. Həmin qalıqlar bir-birindən 780 metr məsafə aşkarlanıb. Son aparılan araşdırmalar nəticəsində aşkarlananların "İsgəndər-M" raketinin qalıqları olduğu qənaətinə gəlinib".

 

Onun sözlərinə görə, hazırda partlayış yerində və ətrafda ilkin tədqiqatlar keçirilməkdədir.

Top