Əli Həsənovun vəzifəsi Şahin Mustafayevə verildi

11 Mart 2020

Azərbaycan Respublikasının hərbi əməliyyatlar nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş ərazilərinin bərpası və yenidən qurulması üzrə Dövlət Komissiyasının sədri dəyişib. 

Heftelik.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasının hərbi əməliyyatlar nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş ərazilərinin bərpası və yenidən qurulması üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 12 iyul tarixli 471 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərmanda əksini tapıb.

BUNA DA BAX: Vasif Talıbov sədr təyin etdi

Fərmana əsasən, Baş Nazirin müavini Şahin Mustafayev Azərbaycan Respublikasının hərbi əməliyyatlar nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş ərazilərinin bərpası və yenidən qurulması üzrə Dövlət Komissiyasının sədri təyin edilib.

Qeyd edək ki, bundan əvvəl komissiyasının sədri Baş Nazirin sabiq müavini Əli Həsənov olub.

Top