Elektrik enerjisinin qiyməti artdı

16 Oktyabr 2021

Elektrik enerjisindən istifadə tarifləri dəyişdirilib.

Heftelik.az-ın məlumatına görə, bu barədə Tarif Şurasının bu gün keçirilən iclasında qərar qəbul edilib.

BUNA DA BAX: Azərbaycanda qaz 20 faiz bahalaşdı

Qərara əsasən, əhali üzrə isə diferensiallaşdırılmış tariflərin sayı 2-dən 3-ə artırılıb. Əhali üzrə elektrik enerjisi tarifləri 200 kVt-saatadək (200 kVt-saat daxil olmaqla) 8 qəpik, 200 kVt-saatdan - 300 kVt-saatadək (300 kVt-saat daxil olmaqla) 9 qəpik, 300 kVt-saatdan çox elektrik enerjisinin istifadəsi üçün isə 13 qəpik səviyyəndə müəyyən olunub.

Qeyd edək ki, hazırda tariflər 300 kVts-dək 7 qəpik, 300kVts-dan çox 11 qəpikdir.

Top