Baş nazir Qərarda dəyişiklik etdi

18 İyun 2019

Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov “Avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması, təmiri və avtomobil yollarının qəbul edilməsi zamanı müayinənin, yoxlamanın və sınağın keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 7 fevral tarixli 16 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 13 iyun 2019-cu il tarixində 270 nömrəli Qərarı imzalayıb. "Həftəlik.az"ın məlumatına görə, yeni dəyişikliyə əsasən  “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 mart tarixli 580 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 7 fevral tarixli 16 nömrəli Qərarı ilə  təsdiq edilmiş “Avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması və təmiri Qaydaları”nın 1.15-ci bəndinin “Qeyd”indən “Nəqliyyat Nazirliyi,” sözləri çıxarılıb.

Top