Azərbaycana yumuta gətirilməsinə 2 il faktiki qadağa – Hər yumurtaya 17 qəpik rüsum alınacaq

06 Dekabr 2019

 

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Heftelik.az-ın məlumatına görə, 2019-cu il dekabrın 15-dək ölkəyə idxal edilən qida və damazlıq toyuq yumurtalarının hər 1000 ədədinə 100 dollar gömrük rüsumu tətbiq edilməli, dekabrın 15-dən isə damazlıq toyuq yumurtaları üçün gömrük rüsumu ləğv edilməli, qida üçün toyuq yumurtalarının 1000 ədədinə isə 15 faiz gömrük rüsumu tətbiq olunmalı idi.

BUNA DA BAX: Azərbaycana yağ idxalı üçün aşağı, quş əti üçün yüksək gömrük rüsumu tətbiq edildi - RƏSMİ

Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə etdiyi dəyişikliyə əsasən, ölkəyə idxal edilən qida və damazlıq toyuq yumurtalarına tətbiq edilən spesifik rüsumların müddəti 31 dekabr 2021-ci ilə qədər uzadılıb. Beləliklə, 2021-ci il dekabrın 31-dək Azərbaycana idxal edilən qida və damazlıq toyuq yumurtalarının 1000 ədədinə 100 dollar gömrük rüsumu tətbiq ediləcək.

Başqa sözlə, ölkəyə gətirilən 1000 ədəd yumurtaya 170 manat, yəni 1 yumurtaya 17 qəpik gömrük rüsumu tətbiq olunacaq. 

 

Şərh vermək üçün giriş edin
Top