Azərbaycanda tibbi maska istehsalı üçün güzəşt - QƏRAR

25 Mart 2020

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Heftelik.az-ın məlumatına görə, qərara əsasən, tibbi maskaların istehsalında istifadə edilən səthi sıxlığı 25 q / m2-dən çox, lakin 70 q / m2-dən çox olmayan kimyəvi iplər və səthi sıxlığı 70 q / m2-dən çox, lakin 150 q / m2-dən çox olmayan kimyəvi iplər 15 faiz idxal gömrük rüsumundan azad edilib.

BUNA DA BAX: Koronavirusla mübarizədə iştirak edən həkimlərin əməkhaqlarına müddətli əlavə belə olacaq – QƏRAR

Bu qərar 2022-ci il dekabrın 31-dək qüvvədədir.

Top