Azərbaycanda lotereya oyunları dayandırıldı

04 Aprel 2020

İqtisadiyyat Nazirliyinə məxsus “Azərlotereya” ASC sabahdan tirajlı lotereya oyunlarını müvəqqəti dayandırır.

Heftelik.az-ın xəbərinə görə, bu barədə “Azərlotereya” ASC məlumat yayıb.

BUNA DA BAX: Faydalı qazıntı yataqlarının qanunsuz işlənməsinə görə fantastik cərimələr – MƏBLƏĞLƏR

Məlumata görə, bu addım Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar qəbul etdiyi qərara uyğun olaraq atılır. Oyunlarda fasilə karantin rejimi bitənə qədər davam edəcək.

Şərh vermək üçün giriş edin
Top