Azərbaycan iki ölkə ilə sərhədlərin bağlı saxlanılması müddətini uzatdı

18 Aprel 2020

Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli qərarına əsasən, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 4 may saat 00.00-dək uzadılıb.

APA xəbər verir ki, bununla əlaqədar Azərbaycan Respublikası ilə Gürcüstan və Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədinin müvəqqəti bağlı saxlanılması barədə qərarların müddəti 2020-ci il 4 may saat 00.00-dək uzadılır.

BUNA DA BAX: Azərbaycanda xüsusi karantin rejimi uzadıldı

Şərh vermək üçün giriş edin
Top