Naxçıvanın Baş Naziri təyin edildi

23 May 2020

Naxçıvan Muxtar Respublikasının Baş Naziri təyin edilib.

Heftelik.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Səbuhi Məmmədovun Naxçıvan Muxtar Respublikasının Baş Naziri vəzifəsinə təyin edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarını imzalayıb.

BUNA DA BAX: Daha bir rayonun İcra başçısı vəzifəsindən azad edildi

 

Qeyd edək ki, Səbuhi Məmmədov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini – maliyyə naziri vəzifəsində çalışıb.

Şərh vermək üçün giriş edin
Top