Tarif Şurasının səlahiyyətlərindən biri Nazirlər Kabinetinə verildi

29 İyun 2020

Baytarlıq xidməti və nəzarəti tədbirlərinə (“Dövlət rüsumu haqqında”qanununda nəzərdə tutulmuş tədbirlər istisna olmaqla) görə alınan xidmət haqqının məbləği Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.

Heftelik.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Dövlət baytarlıq nəzarəti vacib olan obyektlərin mülkiyyətçilərinin vəsaiti hesabına qanunla müəyyən edilmiş tədbirlərin maliyyələşdirilməsinin Qaydası və Şərtləri”ndə dəyişiklik edib.

BUNA DA BAX: Pandemiya dövründə təyyarədə uçuş qaydaları belə olacaq - DETALLAR

Qüvvədə olan Qaydalara əsasən, baytarlıq xidmətlərinin göstərilməsinə görə alınan məbləğin miqdarı Tarif Şurası tərəfindən müəyyən edilib.

Şərh vermək üçün giriş edin
Top