Azərbaycanda 2 şəhər və 5 kəndə giriş-çıxış dayandırılır

13 Oktyabr 2020

Nazirlər  Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarında dəyişiklik edib.

Heftelik.az-ın məlumatına görə, dəyişikliyə əsasən, xüsusi karantin rejimi dövründə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxış dayandırılır.

BUNA DA BAX: 10-dan çox şagirddə koronavirus aşkarlandı - Distant təhsilə keçirilən siniflərin sayı 50-ni ötdü

Bu Qərar 2020-ci il 14 oktyabr saat 00:00-dan qüvvəyə minir.

Qeyd edək ki, Azərbaycanda 2 noyabr saat 06:00-dək xüsusi karantin rejimi tətbiq olunub. 

Top