Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarında dəyişiklik edib.
Heftelik.az-ın məlumatına görə, qərara əsasən, bəzi şəhər və rayonlarda xüsusi karantin rejimində əlavə şərt müəyyənləşib.
BUNA DA BAX: Azərbaycanda 2 şəhər və 5 kəndə giriş-çıxış dayandırılır
Beləliklə, Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərlərində və Göygöl, Samux, Sabirabad, Quba rayonlarında 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək, 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək və 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır.