Azərbaycanda əcnəbilərə viza verilməsində yenilik

29 Oktyabr 2020

Xarici İşlər Nazirliyinin Kollegiyası “Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə dəyişiklik edib.

Heftelik.az-ın məlumatına görə, bu elektron xidmət Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin viza (elektron viza istisna olmaqla) almaq üçün elektron qaydada müraciətinin və sənədlərinin qəbul edilməsi, baxılması, cavablandırılması və baxılmanın nəticəsindən asılı olaraq viza rəsmiləşdirilməsi və ya viza rəsmiləşdirilməsindən imtina edilməsini əhatə edir.

BUNA DA BAX: Azərbaycanda icbari tibbi sığorta üzrə fərdi uçot belə aparılacaq - QAYDA

Dəyişikliyə əsasən, reqlamentə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ölkələrin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə viza verilməsi ilə əlaqədar prosedur əlavə edilib, bu sahədə elektron xidmətin icra müddəti  müəyyənləşib.

 

Beləliklə, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin viza verilməsi ilə bağlı vəsatətlərinə müraciət olunduğu gündən  ən geci 3 iş günü ərzində baxılacaq.

Qərar bu gündən qüvvəyə minib.

Top