Restoranlar şənbə və bazar günləri də işləyəcək

28 Yanvar 2021

"Fevralın 1-dən sonra şənbə və bazar günləri də ictimai iaşə müəssisələri yerində xidmət göstərə biləcək".

Heftelik.az-ın məlumatına görə, bunu APA-nın sorğusuna cavab olaraq, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib. 

BUNA DA BAX: Azərbaycanda fevralın 1-dən təhsil müəssisələrində əyani tədris mərhələli şəkildə bərpa olunur - RƏSMI

İ. Məmmədov deyib ki, həftəsonları ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı isə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Nazirlər Kabinetinin 16 yanvar 2021-ci tarixli qərarına əsasən, 2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur.

Top