Mebel satışına dair - YENİ TƏLƏB

03 Noyabr 2021

Mebellərin və məişət texnikasının satışı istisna olmaqla, pərakəndə satış qaydasında təqdim edilən malların satışı üzrə bir əməliyyat çərçivəsində 2 min manatdan artıq olan ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.
Heftelik.az-ın məlumatına görə, bu, "Nağdsız hesablaşmalar haqqında" qanun təklif edilən dəyişiklikdə əksini tapıb.

BUNA DA BAX: Azərbaycanda avtomobillərin nağdsız qaydada satışı qadağan edilir

Layihəyə əsasən, mebellərin və məişət texnikasının satışı üzrə bir əməliyyat çərçivəsində 10 min manatdan artıq olan ödənişlər yalnız nağdsız qaydada həyata keçirilə biləcək.
Layihə bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə olunub.

Top