Gənclər və idman nazirinin müavinləri işdən çıxarılı - Yeniləri təyin olundu

29 Noyabr 2021

Azərbaycanın gənclər və idman nazirinin iki müavini işdən çıxarılıb.

Heftelik.az-ın məlumatına görə, bununla bağlı noyabrın 29-da Prezident İlham Əliyev sərəncam imzalayıb.

BUNA DA BAX: QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru təyin edildi - DOSYE

Sərəncama əsasən, İntiqam Vaqif oğlu Babayev və İsmayıl Sultan oğlu İsmayılov gənclər və idman nazirinin müavini vəzifəsindən azad ediliblər.

Dövlət başçısının digər sərəncamları ilə İndira Niyazi qızı Hacıyeva və Mariana Toteva Vasileva gənclər və idman nazirinin müavini təyin olunublar.

Qeyd edək ki, M.Vasileva əslən bolqarıstandandır. O, Azərbaycan Gimnastika Federasiyasının İcrayə Komitəsinin üzvüdür.

Top