Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini vəzifəsindən azad edilib.
Heftelik.az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
BUNA DA BAX: Yeni nazir Fərid Mansurovu işdən çıxartdı
Sərəncama əsasən, “Azərbaycan Respublikası səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətinin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 aprel tarixli 2602 nömrəli Sərəncamı ləğv edilib.
Dövlət başçısının digər Sərəncamı ilə Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib.