Mədət Quliyev DTX rəisi vəzifəsindən azad edilərək müdafiə sənayesi naziri təyin olunub

20 İyun 2019

Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi vəzifəsindən azad edilib.

Heftelik.az-ın məlumatına görə, bu barədə bu gün Prezident İlham Əliyev müvafiq  sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncam ilə M. Quliyev müdafiə sənayesi naziri təyin edilib.

Şərh vermək üçün giriş edin
Top