Cahangir Əsgərov vəzifələrindən birini itirdi

10 Dekabr 2019

"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Azərbaycan-Pakistan Birgə Komissiyasının Azərbaycan Respublikası tərəfindən tərkibindən çıxarılıb.

Heftelik.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 dekabr tarixli 1835 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında” sərəncamında əksini tapıb.

BUNA DA BAX: AZAL hansı təyyarələri alacağını açıqladı

Sərəncama əsasən, Dövlət Turizm Agentliyinin sədri Komissiyanın üzvləri sırasına əlavə edilib.

Qeyd edək ki, "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərovdur.

Şərhinizi əlavə edin!

* Boş xanaların hər birini doldurun!

Top