Bakıda polis rəisi işdən azad edildi

05 Fevral 2020

Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis (DYP) Şöbəsinin rəisi Qəhrəman Qələndərov işdən azad edilib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bununla bağlı Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

BUNA DA BAX: Vilayət Eyvazov yeni rəis müavini təyin etdi

Əmrə əsasən, Qəhrəman Qələndərov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Hələlik onun yerinə təyinat olmayıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev faktı APA-ya təsdiqləyib.

Şərh vermək üçün giriş edin
Top