Şahin Mustafayevə yenidən vəzifə verildi

11 Fevral 2020

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 iyun tarixli 834 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” sərəncam imzalayıb.

Həftelik.az-ın məlumatına görə, sərəncama əsasən,  Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının tərkibində dəyişiklik edilib.

BUNA DA BAX: Bakıda polis rəisi işdən azad edildi

Sərəncama əsasən, Baş Nazirinin müavini Şahin Mustafayev Komissiyanın sədri təyin edilib.

Qeyd edək ki, indiyə qədər Komissiyanın sədri İqtisadiyyat naziri olub. Azərbaycan Prezidenti İlham Əliyevin 22 oktyabr 2019-cu il tarixli sərəncamına qədər Şahin Mustafayev İqtisadiyyat naziri olub. Dövlət başçısının  22 oktyabr 2019-cu il tarixli sərəncamı ilə Şahin Mustafayev İqtisadiyyat naziri vəzifəsindən azad edilərək Baş Nazirin müavini təyin edilib. Hazırda İqtisadiyyat naziri Mikayıl Cabbarovdur.

Şərh vermək üçün giriş edin
Top