Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində yeni təyinatlar

20 Fevral 2020

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində yeni təyinatlar olub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bununla bağlı Baş prokuror Zakir Qaralov müvafiq əmrlər imzalayıb.

BUNA DA BAX: Zakir Qaralov yeni rəis müavini təyin etdi

Əmrlərə əsasən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Daxili təhlükəsizlik şöbəsinin rəisi Sahib İsmayılov tutduğu vəzifədən azad edilərək Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi vəzifəsinə, Mütəxəssis təhlilləri şöbəsinin rəisi Rəşid Mahmudov tutduğu vəzifədən azad edilərək Daxili təhlükəsizlik şöbəsinin rəisi vəzifəsinə, kiçik ədliyyə müşaviri Rövşən Abdullayev isə Mütəxəssis təhlilləri şöbəsinin rəisi vəzifəsinə təyinat alıblar.

Baş Prokurorluğun veb saytının müvafiq bölməsində yeni təyinatlardan sonra məlumatlar yenilənib.

Şərh vermək üçün giriş edin
Top