Azərbaycan Milli Məclisinin Aparatında kadr islahatlarına start verilib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Milli Məclis sədrinin köməkçisi Fizuli Əsəd oğlu Abbasov vəzifəsindən azad edilib.
BUNA DA BAX: Naxçıvanda nazir müavini təyinatı
Qeyd edək ki, Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev jurnalistlərə açıqlamasında Milli Məclis Aparatında kadr və struktur islahatları aparılacağını bildirmişdi.
VI çağırış Milli Məclisin Sədri Sahibə Qafarova seçilib. Sahibə Qafarova bu postda Oqtay Əsədovu əvəz edib.