Keçmiş Nəqliyyat nazirinin müavini Musa Pənahov Nazirlər Kabinetinin Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdir müavini təyin edilib. Həftəlik.az APA-ya istinad edərək bildirir ki, keçmiş naziri yeni vəzifəsinin funksiyalarından danışıb. O qeyd edib ki, Baş Nazir Novruz Məmmədovun müvafiq sərəncamı ilə Nazirlər Kabinetinin Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdir müavini təyin edilib. Xatırladaq ki, , M. Pənahov Moskva Nəqliyyat Mühəndisləri İnstitutunu və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Əmək fəaliyyətinə 1976-ci ildən Azərbaycan Dövlət Dəmir Yolunun Keşlə Yük Stansiyasında başlayıb. 1984-1988-ci ildə Azərbaycan Dövlət Dəmir Yolunun Bakı dəmir yol hissəsinin Plan-iqtisad şöbəsinin rəis müavini, rəisi vəzifəsində, 1988-1993-cü illərdə Azərbaycan Dövlət Dəmir Yolunun Baş iqtisadçısı - Maliyyə xidmətinin rəisi vəzifəsində, 1993-2004-cü illərdə Azərbaycan Dəmir Yolu İdarəsinin iqtisadi məsələlər üzrə müavini vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2004-cü il tarixli 102 nömrəli sərəncamı ilə nəqliyyat nazirinin müavini vəzifəsinə təyin edilib və 13 fevral 2017-ci il tarixə qədər bu vəzifəni tutub. Prezident İlham Əliyevin 13 fevral 2017-ci il tarixli fərmanı ilə Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilib.