Daha bir rayonun prokuroru işdən çıxarıldı

02 İyun 2020

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin imzaladığı əmrlə Masallı rayon prokuroru Allahverdi Novruzov “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə tutduğu vəzifədən azad olunmaqla prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

Heftelik.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

BUNA DA BAX: Baş prokurorun müavinlərinin işdən çıxarıldı – Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin edildi -  RƏSMİ

Eyni zamanda həmin əmrlə A.Novruzov prokurorluq orqanlarında səmərəli fəaliyyətinə görə “Azərbaycan Prokururorluğunun Fəxri Fərmanı” ilə təltif edilib.

Şərh vermək üçün giriş edin
Top