İcra başçısı həbs edilən rayonun polis rəisi işdən çıxarıldı

05 İyun 2020

Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) rəisi işdən çıxarılıb.

Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, RPŞ-nın rəisi Elsevər Əli oğlu Aslanov tutduğu vəzifədən azad olunaraq sərəncama götürülüb.

BUNA DA BAX: Daha bir rayonun prokuroru işdən çıxarıldı

Daxili İşlər naziri Vilayət Eyvazov bu barədə müvafiq əmr imzalayıb. İşdən çıxarılan polis rəisinin yerinə hələlik təyinat olmayıb.

Qeyd edək ki, E.Aslanov Şəmkir rayonunun keçmiş icra başçısı Aslan Aslanovun qardaşıdır.

Xatırladaq ki, 2019-cu ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev həbs edilib.

Şərh vermək üçün giriş edin
Top