Daha iki rayona prokuror təyin edildi

18 İyun 2020

Prokurorluq orqanlarında yeni təyinatlar olub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

BUNA DA BAX: Baş Prokurorluqda 6 idarəyə yeni rəis təyin edildi

Əmrə əsasən, Quba rayon prokuroru Elman Süleymanov tutduğu vəzifədən azad edilərək Yasamal rayon prokuroru vəzifəsinə təyinat alıb.

Baş prokurorun imzaladığı digər əmrlə Pirallahı rayon prokuroru İbrahim Ləmbəranski tutduğu vəzifədən azad edilərək Sabunçu rayon prokuroru vəzifəsinə təyin olunub.

Şərh vermək üçün giriş edin
Top