Bakının daha iki rayonuna yeni prokuror təyin edildi

19 İyun 2020

Bakının daha iki rayonuna yeni prokuror təyin olunub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

BUNA DA BAX: Daha iki rayona prokuror təyin edildi

Əmrə əsasən, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Daxili təhlükəsizlik şöbəsi rəisi Rəşid Mahmudov tutduğu vəzifədən azad olunaraq Suraxanı rayon prokuroru vəzifəsinə təyin edilib.

Bundan başqa Qax rayon prokuroru Hidayət Nurəlibəyov tutduğu vəzifədən azad edilərək Nərimanov rayon prokuroru vəzifəsinə təyinat alıb.

Şərh vermək üçün giriş edin
Top