Daxili İşlər nazirinin birinci müavini vəzifəsinə təyinat olub.
Heftelik.az-ın məlumata görə, Prezident İlham Əliyev bununla əlaqədar müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Seyfulla Əzimov Daxili İşlər nazirinin birinci müavini təyin edilib.
Qeyd edək ki, S.Əzimov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi olub.