Baş prokurorluqda yeni təyinatlar

02 İyul 2020

Baş prokurorluqda yeni təyinatlar olub.

Heftelik.az-ın məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmrlər imzalayıb.

BUNA DA BAX: Daha iki rayona yeni prokuror təyin edildi

Natiq Eyvazov - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi təyin edilib.

Mobil Şəfiyev və Mürvət Həsənov Bakı şəhər prokurorunun müavinləri vəzifəsinə təyin ediliblər. Baş prokurorun imzaladığı digər əmrlərlə Şəbnəm İbrahimova və Famil Axundov Bakı şəhər prokurorunun köməkçiləri təyin olunub.

Bundan başqa, Sabirabad rayon prokuroru Pərvin Quliyev tutduğu vəzifədən azad edilərək Bakı şəhər prokurorluğunda Daxili işlər orqanlarına nəzarət şöbəsinin rəisi təyin edilib.

Kamran Əliyevin imzaladığı digər əmrlərlə Rövşən Əliyev Bakı şəhər prokurorluğunda Daxili Araşdırmalar İdarəsinin rəisi, Günay Eyyubova isə Baş Prokurorluğun Hüquqi Təminat İdarəsinin rəis müavini vəzifələrinə təyin ediliblər. 

Top