Hərbi prokurora yeni müavin təyin edildi

08 İyul 2020

Azərbaycanın hərbi prokuroruna yeni müavin təyin edilib.

Heftelik.az-ın xəbərinə görə, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

BUNA DA BAX: Bir şəhər və üç rayona yeni prokuror təyin edildi

Əmrə əsasən, Fuad Məmmədov Respublika Hərbi prokurorunun müavini vəzifəsinə təyin edilib.  

Qeyd edək ki, F.Məmmədov buna qədər Respublika Hərbi Prokurorluğunda şöbə rəisi olub.

Top