Şahin Mustafayev Azərbaycan-Serbiya Hökumətlərarası Komissiyasının həmsədrliyindən çıxarıldı

08 İyul 2019

Azərbaycan ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın yeni tərkibi təsdiqlənib.

Heftelik.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyun tarixli 1541 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan tərəfdən Komissiyanın həmsədri dəyişib, İqtisadiyyat naziri Şahin Mustafayevi Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əvəzləyib.

Top