Mikayıl Cabbarov Milli Qəhrəmanın övladına vəzifə verdi

23 İyul 2020

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətində yeni kadr təyinatı aparılıb.

Heftelik.az-ın məlumatına görə, Ceyhun Əsgərov qurumun mətbuat xidmətinə rəhbər təyin edilib.

BUNA DA BAX: KİV əməkdaşları “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edildi - SİYAHI

Ceyhun Əsgərov 2003-2011-ci illərdə ANS teleradio şirkətində müxtəlif vəzifələrdə çalışıb. Sonralar “Araz” radiosunda siyasi şərhçi, “Türk El” telekanalında baş direktor, CBC kanalında “Xəbərlər” redaksiyasının direktoru, 2015-ci ildə isə “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibi vəzifələrini tutub.

Yeni təyinatından əvvəl C. Əsgərov www.aznews.az və www.novosti.az. İnformasiya portallarının baş redaktoru kimi çalışıb.

Xatırladaq ki, Ceyhun Əsgərov şəhid Milli Qəhrəman Salatın Əsgərovanın oğludur.

İqtisadiyyat naziri Mikayıl Cabbarovdur. 

Top