Tanınmış aparıcıya nazirlikdə vəzifə verildi

29 İyul 2020

AzTV-nin keçmiş aparıcısı Rəşad Mehdili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri vəzifəsinə təyin olunub.

Heftelik.az-ın məlumatına görə, bu barədə Nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov məlumat verib. 

BUNA DA BAX: Azərbaycanın İstanbulda yeni baş konsul təyin edildi

Rəşad Mehdili indiyədək AzTV və İTV-də “Səhər proqramları” departamentinin direktoru, “Telesəhər”, “Yeni Gün” səhər proqramlarının aparıcısı, eyni zamanda, çalışdığı hər iki kanalda “Xəbərlər” və “Carçı” informasiya proqramlarının aparıcısı, müxbiri kimi fəaliyyət göstərib. 

Top