Mədəniyyət Nazirliyində yeni təyinat

15 Sentyabr 2020

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyinat olub.

Mədəniyyət Nazirliyindən Heftelik.az-a  verilən məlumata görə, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Cəfərli Azad Məhyəddin oğlu Dövlət Xidmətinin rəis müavini təyin edilib.

BUNA DA BAX: "Bakı Metropoliteni"nin idarə rəisi işdən çıxarıldı

Həmçinin, Dövlət Xidmətinin rəisi vəzifəsinin səlahiyyətləri Azad Cəfərliyə həvalə olunub. 

 

Qeyd edək ki, Azad Cəfərli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin 1999-cu ildə “Beynəlxalq hüquq” ixtisası üzrə bakalavr, 2001-ci ildə “Beynəlxalq münasibətlər” ixtisası üzrə magistr, Cenevrə İnsan hüquqları Akademiyasının Beynəlxalq humanitar hüquq və insan hüquqları üzrə elmlər namizədi (L.L.M.) dərəcələrini alıb.

Əmək fəaliyyətinə 1999-cu ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində başlayıb. 2004-2008-ci illərdə Azərbaycan Respublikasının BMT-nin Cenevrə bölməsi yanındakı Daimi Nümayəndəliyində çalışıb.

2008-2012-ci illərdə Xəzər dənizinin hüquqi statusu, dəniz ətraf mühitinin qorunması, insan hüquqları və digər sahələrdə ekspert kimi fəaliyyət göstərib.

Top