AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin müdir müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazov akademiyanın Zoologiya İnstitutunun direktoru vəzifəsini icra edən təyin edilib.
Bu barədə Heftelik.az-a AMEA-dan məlumat verilib.
BUNA DA BAX: Ramiz Mehdiyev yeni komissiya yaratdı
Qeyd olunub ki, bu barədə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev müvafiq sərəncam imzalayıb.
1991-1994-cü illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunda aspirant, kiçik elmi işçi, 1994-2003-cü illərdə KTN-nin mərkəzi aparatında mütəxəssis, 2003-2005-ci illərdə KTN yanında Bitki mühafizəsi və karantini şöbəsində müdir müavini və sektor müdiri, 2005-2015-ci illərdə KTN yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəis müavini, 2015-2018-ci illərdə KTN Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru, 11 may - 21 iyun 2018-ci il tarixlərində KTN Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru, 2018-2019-cu illərdə KTN yanında Dövlət Fitosanitar Xidmətinin rəisi vəzifələrində işləyib.
Ə.Eyvazov 43 elmi əsərin, 1 patent, 1 təlimat, 52 informasiya bülleteni, 3 rəngli albom və 2 metodiki vəsaitin müəllifidir.