Gəncə Şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edildi

30 Noyabr 2020

Daxili işlər orqanlarında yeni təyinat olub.

Heftelikaz-ın APA-ya istinadən verdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

BUNA DA BAX: Bakı şəhər Baş Polis İdarəsinə rəis təyin edildi - ƏMR

Əmrə əsasən, polis general-mayoru Teymur Hacıyev Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi təyin olunub.

T. Hacıyev bu təyinata qədər Bakı Şəhər Baş Polis İdarəsində əməliyyat işləri üzrə rəis müavini kimi fəaliyyət göstərib. 

Qeyd edək ki, bir neçə gün əvvəl Gəncə Şəhər Baş Polis İdarəsinin əvvəlki rəisi Əkbər İsmaylov Bakı Şəhər Baş Polis idarəsinə rəsi təyin edilib.

 

 
Top