Bakıda Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılacaq

03 Dekabr 2020

Prezident İlham Əliyev Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb.

Heftelik.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə tapşırılıb ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yeri və layihələndirilməsi ilə bağlı təkliflərini hazırlayıb iki ay müddətində Nazirlər Kabinetinə təqdim etsin.

BUNA DA BAX: Şəhidlərin xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan ediləcək

Nazirlər Kabineti üç ay müddətində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin layihələndirilməsi və tikintisinin maliyyələşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Top