Hesablama Palatasında yeni - TƏYİNAT

06 Yanvar 2021

Hesablama Palatasında elan edilmiş daxili müsahibənin nəticələrinə əsasən Nəsir Sadıqov qurumun aparat rəhbəri vəzifəsinə təyin edilib.

Heftelik.az-ın xəbərinə görə, bu barədə Hesablama Palatası məlumat yayıb.

Qeyd edək ki, N.Sadıqov Hesablama Palatasında əmək fəaliyyətinə 2009-cu ildən başlayıb, 2016-cı ildən isə Hüquqi təminat və insan resursları şöbəsinin müdiri vəzifəsində çalışıb. O, yeni vəzifəsində bir qədər əvvəl pensiyaya çıxmış Məhəmmədəli Süleymanovu əvəz edib.
Top