Azərbaycanın Polşadakı səfiri dəyişdi - Həsən Həsənov vəzifəsini itirdi

08 Yanvar 2021

 -Həsən Əziz oğlu Həsənov Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

hasan 1

Heftelik.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

BUNA DA BAX: "YAŞAT" Fonduna rəhbər təyin olundu

Dövlət başçısının digər sərəncamları ilə Nərgiz Akif qızı Qurbanova Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılaraq Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 

nargiz

 

Top