MMX-yə yeni rəis təyin edildi

17 Fevral 2021

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

BUNA DA BAX: Əli Həsənovun qaynı işdən çıxarıldı

Əmrə əsasən, Elçin Xasıyev Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Mərkəzi Məlumat Xidmətinin (MMX) rəisi təyin edilib.

Qeyd edək ki, bu vəzifənin əvvəlki sahibi polis polkovniki Vahid Nuriyev olub. O, ötən ay yaş həddi ilə əlaqədar 55 yaşında təqaüdə göndərilib.

Top