Klubda müştərini döyərək öldürən şəxs məşhurların mühafizəçisi imiş - FOTO

30 Avqust 2021

Bakının Xətai rayonunda “Berlin pub” klubunun mühafizəçisi Orxan Şahbazov iaşə obyektində müştəri olan 1981-ci il təvəllüdlü Mustafayev Vüqar İlham oğlunu döyərək qətlə yetirib.

Heftelik.az-ın“Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, Orxan Şahbazov uzun illər fitness-məşqçisi kimi fəaliyyət göstərib.

BUNA DA BAX: "Ehtimal edirəm ki, Hacıbala Abutalıbov..."

 

O, sosial şəbəkələrdə kifayət qədər tanınır. O. Şahbazov bir sıra məşhur simaların özəl mühafizəçisi olub. Həmçinin Rusiyada yaşayan məşhur bloger Hüseyn Həsənovun Bakıya səfəri zamanı onun təhlükəsizliyinə cavabdeh olub.

 

Qətlə yetirilən Vüqar Mustafayev isə uzun müddət Ukraynanın Azərbaycandakı Səfirliyinin əməkdaşı işləyib.

 

Top