Ramiz Mehdiyev cərimələnib? - “Azəriqaz”dan açıqlama

31 Avqust 2021

AMEA prezidenti Ramiz Mehdiyevin Novxanı qəsəbəsində yerləşən bağ evində qazdan istifadəyə görə 16 min manat cərimə olunması ilə bağlı məlumat yayılıb.

İddiaya görə, bu illər ərzində R.Mehdiyev "Azəriqaz" əməkdaşlarını villanın həyətinə buraxmadığı üçün onlar borcu hesablaya bilməyiblər. Bu günlərdə “Azəriqaz” rəhbərliyinin göstərişi ilə R.Mehdiyevin villasına daxil olan əməkdaşlar 16 min manat cərimə yazıblar.

Heftelik.az-ın məlumatına görə, “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə məxsus fərdi yaşayış evinə verilən mavi yanacağın "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən kəsilməsi ilə bağlı məlumatlar dərc olunur:

BUNA DA BAX: Saxta “COVID-19” pasportu satanlar tutuldu 

"Mehdiyevə məxsus fərdi yaşayış evinə verilən mavi yanacağın kəsilməsi və cərimə yazılması ilə bağlı Birliyə heç bir məlumat daxil olmayıb".

Top