Qətl törədən qadın tutuldu

08 Oktyabr 2021

Prokurorluq Astarada baş verən qətl barədə məlumat yayıb.

Astara rayon prokurorluğundan Heftelik.az-a verilən məlumata görə, oktyabrın 8-si saat 12 radələrində Astara rayonu, Şəmətük kəndi ərazisində 1961-ci il təvəllüdlü Mehparə Ağayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

BUNA DA BAX: Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru iş otağında öldürüldü
Aparılmış araşdırmalarla zərərçəkmişin qohumu - 1994-cü il təvəllüdlü Gülsevər Ağayevaya şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Mehparə Ağayevaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Gülsevər Ağayeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Top