Bakıda dəhşətli qəza - Ölənlər və yaralananlar var

13 Oktyabr 2021

Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomobil yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 5 nəfər ölüb.

Heftelik.az-ın məlumatına görə, bunu Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.

BUNA DA BAX: Baş mühasib direktoru iş otağında öldürdü - TƏFƏRRÜAT- YENİLƏNİB

Hadisə yerinə 10 təcili tibbi yardım maşını cəlb olunub.Hazırda 13 nəfərin vəziyyəti ağırdır. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb edilib, yol qəzası ilə bağlı araşdırma aparılır.

İlkin məlumatlara görə, yük avtomobilinin sürücüsü sükan arxasında yuxulu olub, bu səbəbdən maşın avtobusa çırpılıb".

 

Top