Bakıda tələbə qız dəm qazından boğularaq öldü

12 Fevral 2020

Bakıda tələbə dəm qazından boğulub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Xətai rayonu, Mirzə Davud küçəsi, ev 45 ünvanında qeydə alınıb.

BUNA DA BAX: Elza Seyidcahanın döyülməsinə DİN-dən reaksiya

Həmin ünvanda yaşayan, Bakı Avrasiya Universitetinin III kurs tələbəsi, 2000-ci il təvəllüdlü Nigar Rəhmanova hamam otağında yuyunarkən dəm qazından boğularaq ölüb.

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümü ilə nəticələndə) maddəsi ilə cinayət işi başlanılıb.

Şərh vermək üçün giriş edin
Top