Gülər Əhmədovanın oğlu barəsində həbs qətimkan tədbiri seçilib – YENİLƏNİB

12 Fevral 2020

Sabiq müllət vəkili Gülər Əhmədovanın oğlu Toğrul Əhmədov məhkəmə qarşısına çıxarılıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, T.Əhmədov Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

T.Əhmədov Bakı İstintaq Təcridxanasına köçürülüb.

***

saat 17.00

Bakıda keçmiş deputat Gülər Əhmədovanın oğlu tutulub.

Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə fevralın 9-u Bakının Nəsimi rayonu ərazisində qeydə alınıb.

BUNA DA BAX: Ağcabədidə ata oğlunu öldürdü – Kənd sakinlərinin xahişi var

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində 1987-ci il təvəllüdlü Toğrul Fikrət oğlu Əhmədov saxlanılıb.

Onun idarə etdiyi BMW markalı avtomobilinə baxış keçirilən zaman 1 ədəd “Glock-19” markalı tapança, 2 ədəd patron darağı və 38 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsilə cinayət işi başlanılıb.

Xatırladaq ki, T.Əhmədov keçmiş deputat Gülər Əhmədovanın oğludur.

Qeyd edək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra G.Əhmədova deputat mandatından imtina edib. Onun barəsində həbs qətimkan tədbiri seçilmişdi.

G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə, qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan keçmiş deputat apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə G.Əhmədovaya 3 il sınaq müddəti təyin olunmaqla şərti cəza verilib və o, azadlığa buraxılıb.

Şərh vermək üçün giriş edin
Top