DTX Neftçalada əməliyyat keçirir – İcra başçısı saxlanılıb - YENİLƏNİB

20 Fevral 2020

Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Aaraşdırmalar əsasında şübhəli şəxs qismində tutularaq cinayət məsuliyyətinə cəlb edilən şəxslər və onlar tərəfindən törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə geniş məlumat veriləcək.  

***

saat 13.54

Dövlət Təhlükəsizlik Xidməti (DTX) bu gün Neftçala Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.

Heftelik.az-ın APA-ya istinadın verdiyi məlumata görə, əməliyyat nəticəsində saxlanılanların olduğu bildirilir.

BUNA DA BAX: Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində yeni təyinatlar

Hələlik rəsmi qurumlar əməliyyat barədə məlumat yaymayıb.

Qeyd edək ki, bundan əvvəl “haqqin.az” saytı Neftçala İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin saxlanıldığı barədə məlumat yayıb. Dəqiqləşdirilməmiş məlumata görə,  İcra Hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov də saxlananlar arasındadır. 

Şərh vermək üçün giriş edin
Top