Bakıda polis qardaşı tərəfindən öldürüldü

25 Fevral 2020

Bakıda qardaş qardaşı qətlə yetirib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Nərimanov rayonu M. Nağıyev küçəsi 3, mənzil 1-də qeydə alınıb.

BUNA DA BAX: Kürdəmirdə ananın quyuda, oğlunun yataqda meyiti tapıldı – Cinayət işi açıldı

Şəhər sakini, 1992-ci il təvəllüdlü Araz Ramazanov qardaşı, Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşı, 1989-cu il təvəllüdlü Anar Ramazanovu bıçaqla qətlə yetirib

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci( qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Şərh vermək üçün giriş edin
Top