Bakıda sevgililər özlərini dənizə atdılar - Qız öldü – TƏFƏRRÜAT

25 Fevral 2020

Bu gün səhər saatlarında Bakı Bulvarında dəhşətli hadisə baş verib.

Heftelik.az-ın publika.az-a istindən verdiyi məlumata görə, Dənizkənarı Milli Park ərazisində Sabirabad rayon sakini 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı və 1995-ci ildə anadan olmuş Məmmədov Babahüseyn Zöhrab oğlu özünü dənizə atıb.

BUNA DA BAX: Bakıda polis qardaşı tərəfindən öldürüldü

25 yaşlı oğlanı sudan çıxararaq xilas etmək mümkün olsa da, gənc qız boğularaq ölüb. Hazırda onun meyitinin tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.

İlkin araşdırmalar zamanı məlum olub ki, bir-birini sevən gənclər ailələrinin razılığa gəlməmsi səbəbindən evlənə bilməyiblər. Bundan sonra onlar Bakıya gələrək görüşüblər və Bulvar ərazisində olarkən əvvəlcə N.Rzazadə, daha sonra isə B.Məmmədov özünü dənizə atıb.

Şərh vermək üçün giriş edin
Top